Binəqədi gəncləri şəhid məzarlarını ziyarət etdi

Binəqədi gəncləri şəhid məzarlarını ziyarət etdi

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq, Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatları həyata keçirdi. 44 gün ərzində davam edən müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı və 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımız mənfur düşməndən azad edildi.

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Binəqədi rayonunun gəncləri Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Vətən övladlarının məzarlarını ziyarət ediblər.
Binəqədi gəncləri şəhid məzarlarını ziyarət etdi

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi Gənclər Evinin fəallarının birgə təşəbbüsü ilə vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş vətən övladlarının məzarlarını ziyarət edib, şəhidlərimizin məzarları üzərinə gül-çiçək dəstələri düzüb və onların xatirəsi dərin ehtiramla anılıb.
Binəqədi gəncləri şəhid məzarlarını ziyarət etdi
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter