Cənubi Koreya tanker hadisəsindən sonra Hörmüz yaxınlığına gəmi göndərdi
- 04.01.2021, 20:45,
- Dünya / Xəbər
Baxılıb: 40
Facebook
Вконтакте
Одноклассники
Google+
Cənubi Koreya ticarət gəmisinin İran tərəfindən saxlanıldığı barədə məlumatlıdır və gəminin ən qısa müddətdə sərbəst buraxılmasını, heyət üzvlərinin təhlükəsizliyinin təmin olunmasını xahiş edir."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
"Cənubi Koreyanın Xarici İşlər Nazirliyi və ölkəmizin İrandakı səfirliyi gəmimizin saxlanılması barədə məlumat alıb və gəmi heyətinin təhlükəsizliyinin təmin olunması və gəminin erkən sərbəst buraxılmasını xahiş edib. Gəminin göyərtəsində 5 Cənubi Koreya vətəndaşı da daxil olmaqla ümumilikdə 20 nəfər var.",- deyə açıqlamada qeyd olunub.
Hadisə ilə bağlı xəbərləri təsdiqlədikdən sonra, Cənubi Koreyanın Müdafiə Nazirliyi Dəniz Donanması tərəfindən Somali sahillərindəki mülki gəmiləri dəniz quldurlarından qorumaq üçün ayrılan "Çxonxe" dəniz bölməsini Hörmüz Boğazı yaxınlığındakı sulara göndərib.