Kim Çen In niyə yoxa çıxmışdı?
- 06.05.2020, 20:33,
- Dünya
Baxılıb: 28
Facebook
Вконтакте
Одноклассники
Google+
Şimali Koreya lideri Kim Çen In daxili işlərin tənzimlənməsi və koronavirusla əlaqədar olaraq uzun müddət ictimai tədbirlərdə iştirak etməyib."Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Dövlət Kəşfiyyat Xidməti açıqlama yayıb: “Kəşfiyyat hesab edir ki, KXDR-nın rəhbəri Kim Çen In daxili kadr dəyişikliyinə, partiya və dövlət məsələlərinə və həmçinin hərbi məsələlərə dair fərdi görüşlər keçirməyə vaxt ayırıb. Həmçinin koronavirus epidemiyası ilə bağlı vəziyyətə görə ictimai fəallıq ciddi şəkildə azalıb”.
Kəşfiyyat Xidmətinin verdiyi məlumata görə, Kim Çen In ilin əvvəlindən cəmi 17 dəfə ictimaiyyət arasında görünüb, bu isə onun hakimiyyətə gəldiyi gündən etibarən qeydə alınan ən aşağı göstəricidir. Ancaq bildirilib ki bu, KXDR liderinin mütləq şəkildə sağlamlıq problemləri olduğu anlamına gəlmir.
“Kəşfiyyat hesab edir ki, Şimali Koreya lideri ürək problemlərinə görə heç bir cərrahi əməliyyat keçirməyib. Əgər belə hal olsaydı, prosedurun nə qədər yüngül keçməsinə baxmayaraq, Kim Çen Inın səhhətinə nəzarət müddəti ən az 4-5 həftə çəkməli idi. Hətta ictimaiyyət arasında görsənməsə belə, o həmişəki kimi dövlət işləri ilə məşğul olardı”,- deyə Parlamentin Kəşfiyyat Komitəsi sədrinin müavini Kim Byon Qi söyləyib.
Xatırladaq ki, Şimali Koreya rəhbəri Kim Çen Inın 20 gün ictimaiyyət arasında görünməməsi onun səhhətində problemlər olduğu, ürək əməliyyatı keçirdiyi və hətta öldüyü barədə xəbərlərin yayılmasına səbəb olmuşdu.
