“Ermənistan Cənubi Qafqazda sülhə aparan yolda əsas maneədir” - Ərdoğan
- 23.09.2020, 07:40,
- Siyasət / Xəbər
Baxılıb: 12
Facebook
Вконтакте
Одноклассники
Google+
İyul ayında Azərbaycan ərazilərinə hücum edən Ermənistan Cənubi Qafqazda möhkəm sülhə və sabitliyə aparan yolda ən əsas maneə olduğunu bir daha sübut etdi."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının videokonfrans rejimində keçən 75-ci sessiyasının iştirakçılarına müraciətində bildirib.
“Biz Birləşmiş Millətlər Təşkilatının və ATƏT-in qətnamələrinə uyğun olaraq, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmət edərək, regionda münaqişələrin, xüsusən Dağlıq Qarabağdakı münaqişənin tezliklə aradan qaldırılmasının tərəfdarıyıq”, - türkiyəli lider deyib.