Türkiyə PKK terrorçularından Cənubi Qafqazı dərhal tərk etməyi tələb edir

  • 05.10.2020, 02:30,
  • Xəbər
  • Baxılıb: 13
Türkiyə PKK terrorçularından Cənubi Qafqazı dərhal tərk etməyi tələb edir

30 il əvvəl Azərbaycanın Xocalı şəhərində qadınların, uşaqların və qocaların kütləvi qırğınını həyata keçirən Ermənistan bu gün də regionda sülh və sabitlik yolunda əsas maneə olaraq qalır.

"Qanunyolu.info.az", “Qafqazinfo” “Anadolu” -ya istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda vurğulanır ki, Azərbaycanın dinc əhalisini atəşə tutan erməni terrorçuları ilə əməkdaşlıq edən YPG terrorçuları (PKK terror təşkilatının Suriya qanadı) regionu dərhal tərk etməlidirlər.

Daha əvvəl KİV-də Ermənistanın PKK terror təşkilatının Suriya qanadının terrorçulardan Azərbaycanın dinc əhalisinə hücum etmək üçün istifadə etdiyi haqqında informasiyalar yayılıb.

Cari ilin iyul ayının sonunda Ermənistanla PKK başçıları arasında müvafiq razılıq əldə olunub. Razılaşma çərçivəsində 300-ə yaxın PKK/YPG döyüşçüsü Ermənistana və işğal olunmuş Qarabağa avtobuslarla gəlib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter