Mətanət İsgəndərlinin bacısının evindən 16 min manat oğurlandı - Yenilənib
- 08.05.2026, 17:30,
- Kriminal / Mədəniyyət
Baxılıb: 1
Facebook
Вконтакте
Одноклассники
Google+
Əməkdar artist Mətanət İsgəndərlinin bacısı Sədaqət İsgəndərlinin evi qarət olunub.“Qanunyolutv.az” xəbər verir ki, bu barədə Mətanət İsgəndərli “Xəzər TV”də qonaq olduğu verilişdə məlumat verib.
O, müğənniliklə məşğul olan bacısının evindən 16 min manat pul oğurlandığını və məsələ ilə bağlı polisə müraciət edildiyini əlavə edib.
****
Əldə etdiyimiz məlumata görə, evdən oğurluq olması ilə polisə daxil olan müraciət araşdırılıb.Araşdırmalarla müəyyən olunub ki, evə kənar müdaxilə olmayıb. Şikayətçi pul vəsaitini tapdığını əsas gətirərək əlavə şikayət və tələbinin olmadığına dair ərizə verərək araşdırmanın dayandırılması üçün müraciət edib.