Paşinyan daha bir yüksək vəzifəli şəxsi işdən çıxardı
- 16.11.2020, 13:40,
- Dünya
Baxılıb: 27
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin Hərbi-Sənaye Komitəsinin sədri Artak Davtyan tutduğu vəzifədən azad edilib."Qanunyolu.info.az", “Qafqazinfo”-nun verdiyi xəbərə istinadən, müvafiq fərmanı Baş nazir Nikol Paşinyan imzalayıb.
Noyabrın 11-də imzalanan sənəd bu gün KİV-də açıqlanıb.
Qeyd olunur ki, A. Davtyan cari ilin iyulun 17-də sözügedən posta təyin olunub. Bundan öncə isə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi olub.
Xatırladaq ki, N. Paşinyan Qarabağ uğrunda gedən 44 günlük müharibədə bir çox yüksək vəzifəli şəxsi vəzifələrindən azad etmişdi.