Paşinyan onu da işdən çıxardı

Paşinyan onu da işdən çıxardı

Ermənilər tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı gedən hərbi əməliyyatlarda ard-arda məğlub olan Ermənistan hökuməti daha bir yüksək vəzifəli şəxsi istefaya göndərib.

"Qanunyolu.info.az", “Qafqazinfo”-nun məlumatına istinadən, Ermənistanın Ədliyyə Nazirinin müavini Vahe Danielyan vəzifəsindən azad edilib. Müvafiq fərmanı baş nazir Nikol Paşinyan verib.

Qeyd olunur ki, V. Danielyan bu posta 2019-cu ilin dekabrında təyin edilmişdi.

Xatırladaq ki, son iki gün ərzində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat şöbəsinin rəisi, general-mayor Ovannes Karumyan, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları komandanı Vaqinak Sarkisyan və Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının qərargah rəisi Qaqik Tevosyan tutduqları vəzifədən azad olunublar.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter