Paşinyan ölkənin təhlükəsizliyinə cavabdeh şəxsi işdən çıxardı

  • 08.10.2020, 12:50,
  • Xəbər
  • Baxılıb: 21
Paşinyan ölkənin təhlükəsizliyinə cavabdeh şəxsi işdən çıxardı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Arqişti Kəramyan vəzifəsindən azad edilib.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” saytı məlumat yayıb.

Onun yerinə isə daha əvvəl Milli Təhlükəsizlik Xidmətinin direktor müavini vəzifəsini icra etmiş Mikael Hambardzumyan gətirilib.

Daha əvvəl Arqişti Kəramyanın Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin strukturunda Rusiyada təhsil alan mütəxəssislər arasında kadr təmizlənməsinin aparılması ilə əlaqəli olduğu iddia olunurdu.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü A. Kəramyan cəmi 4 ay Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter