Dünyada həftəlik yoluxmada növbəti rekord
- 04.11.2020, 08:40,
- Dünya
Baxılıb: 16
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünyada son həftə ərzində koronavirusa yoluxanların sayı 3,3 milyondan çox artıb. Bu, pandemiyanın başladığı vaxtdan indiyədək qeydə alınan ən yüksək göstəricidir."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Daha əvvəlki rekord ötən həftə (19-25 oktyabr) qeydə alınmışdı – 2,8 mindən çox hal.
Son 7 gündə ölənlərin sayı isə 45 mindən çox artıb. Bu, ötən həfə ilə müqayisədə 9 min çoxdur.
Qeyd edək ki, dünyada ümumilikdə 47 milyondan çox insan koronavirusa yoluxub, 1 milyondan çox insan bu virusdan dünyasını dəyişib, 34 milyondan çox insan isə sağalıb.