Dünyada koronavirusa yoluxanların sayında rekord

  • 31.07.2020, 23:10,
  • Dünya
  • Baxılıb: 23
Dünyada koronavirusa yoluxanların sayında rekord












Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı rekord sayda - 292 527 nəfər artaraq 17 106 007-yə yüksəlib. "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bundan əlavə, son 24 saat ərzində daha 6 812 nəfər koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 668 910-a çatıb.

Ən çox yoluxma halı ABŞ (4 388 566 nəfər) , Braziliya (2 552 265 nəfər) və Hindistanda (1 638 870 nəfər) qeydə alınıb.

Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter