Rusiyada son sutkada 14 mindən çox yoluxma - Yeni rekord
- 14.10.2020, 14:00,
- Xəbər
Baxılıb: 14
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyada son sutka ərzində 14 231 nəfərdə koronavirus aşkarlanıb, bununla ölkə üzrə koronavirusa günlük yoluxma sayında yeni rekord qeydə alınıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Rusiyada koronavirusa qarşı mübarizə çərçivəsində yaradılmış informativ portalda məlumat verilib.
Bununla da ölkədə xəstələnənlərin sayı 1 340 409-a çatıb.
Son sutkada daha 239 nəfərin vəfatı ilə isə virus qurbanlarının sayı 23 205-ə yüksəlib.
Bundan əlavə, indiyədək 1 039 705 nəfər sağalıb.