Ermənistanın güc strukturlarının rəhbərləri dəyişdi

  • 08.06.2020, 18:50,
  • Siyasət
  • Baxılıb: 22
Ermənistanın güc strukturlarının rəhbərləri dəyişdi












Ermənistan Prezidenti Armen Sarkisyan ölkənin güc strukturlarının rəhbərlərini dəyişib.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, dövlət başçısının imzaladığı müvafiq fərmanlara əsasən Aqişti Kyaramyan Dövlət Təhlükəsizliyi Xidmətinin direktoru, Vaqe Qazaryan Polis rəisi, Onik Qasparyan isə Baş Qərargah rəisi vəzifəsinə təyin olunub.

Müvafiq sənədlər Prezidentin saytında yerləşdirilib. Təyinatlar ölkənin Baş Nazirinin təklifi əsasında təsdiqlənib.

Aqişti Kyaramyan postda Eduard Martirosyanı, Onik Qasparyan Artak Davtyanı, Vaqe Qazaryan isə Arman Sarkisyanı əvəzləyib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter