Rusiyada rekord göstərici
- 05.10.2020, 05:30,
- Dünya / Xəbər
Baxılıb: 14
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyada son sutka ərzində 10 499 nəfər koronavirusa yoluxub ki, bu da mayın 15-dən indiyədək ən yüksək göstərici olub. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə “TASS” ölkənin Operativ Qərargahına istinadən xəbər verib.
Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 215 001-ə yüksəlib. Onlardan 979 143 nəfəri sağalıb.
Son 24 saat ərzində daha 107 nəfər koronavirusun qurbanı olub. Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 21 358-ə yüksəlib.
Ölkədə 214 500 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.