Braziliyada koronavirusla bağlı vəziyyətdə növbəti rekord

  • 16.05.2020, 17:38,
  • Dünya
  • Baxılıb: 12
Braziliyada koronavirusla bağlı vəziyyətdə növbəti rekord












Braziliyada son sutka ərzində koronavirusa yoluxanların sayında rekord göstərici qeydə alınıb. Belə ki, ölkədə 15 305 nəfərin testi müsbət nəticələnib (mayın 14-də bu rəqəm 11 385 idi). "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Beləliklə, Braziliyada koronavirusa yoluxanların sayı 218 223-ə yüksəlib. Bundan əlavə, son sutka ərzində 824 nəfər xəstəliyin qurbanı olub. Ölkədə koronavirusdan ölənlərin sayı 14 817-yə çatıb.

Həmçinin koronavirus infeksiyasından ümumilikdə 84 970 pasiyent sağalıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter