Braziliyada koronavirusdan ölənlərin sayında yeni rekord

  • 20.05.2020, 22:00,
  • Dünya
  • Baxılıb: 14
Braziliyada koronavirusdan ölənlərin sayında yeni rekord












Braziliyada son sutka ərzində koronavirusdan ölənlərin sayı rekord sayda artıb – 1 130 nəfər. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bununla da ölkədə koronavirus qurbanlarının ümumi sayı 17 983-ə yüksəlib.

Braziliyada ümumilikdə 271 885 koronavirus xəstəsi var. Onlardan 16 517-si son 24 saat ərzində aşkarlanıb.

Bundan əlavə, indiyədək ölkədə 106 794 pasiyent sağalıb. Tibb müəssisələrində 147 108 nəfərin müalicəsi davam etdirilir. Onlardan 8 318-nin vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, ölkədə ölüm hallarının sayına görə daha əvvəlki rekord mayın 12-də qeydə alınmışdı. Həmin gün orada 881 nəfər vəfat etmişdi.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter