Polşa XİN Navalnı ilə bağlı telefon danışığı iddiasını təkzib etdi
- 07.09.2020, 12:45,
- Dünya
Baxılıb: 22
Facebook
Вконтакте
Одноклассники
Google+
Polşa Xarici İşlər Nazirliyi Varşava və Berlin arasında Aleksey Navalnının zəhərlənməsinin saxtalaşdırılmasının müzakirə olunduğu telefon danışığının baş tutduğuna dair iddiaları təkzib edib."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Polşa XİN bunu bazar ertəsi “TASS” agentliyinin müxbirinin sorğusuna cavab olaraq bildirib.
“İki ölkənin səlahiyyətlilərinin guya Aleksey Navalnının zəhərlənmədiyi etiraf olunan Varşava-Berlin arasındakı telefon danışığına dair Belarus tərəfinin iddialarını təkzib edirik”,- deyə açıqlamada qeyd olunub.
Polşa Xarici İşlər Nazirliyi bu məlumatlardan narahatlığını ifadə edərək, “Kansler Angela Merkelin və Almaniya hökumətinin Aleksey Navalnının hərbi kimyəvi maddə ilə zəhərləndiyinə dair açıqlamasını qəbul edirik”,-deyə bildirib.
Xatırladaq ki, daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko kəşfiyyat orqanları tərəfindən Varşava və Berlin arasında Navalnının zəhərlənmədiyini sübut edən telefon danışıqlarının ələ keçirildiyini
bildirmişdi.