Putin Avropa liderləri ilə Belarusu müzakirə etdi - Yenilənib
- 18.08.2020, 14:10,
- Siyasət
Baxılıb: 29
Facebook
Вконтакте
Одноклассники
Google+
Almaniya Kansleri Angela Merkel ilə Rusiya Prezidenti Vladimir Putin arasında bu gün telefon danışığı baş tutub."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, liderlər avqustun 9-da Belarusda keçirilən prezident seçkilərindən sonra ölkədəki vəziyyəti müzakirə ediblər. Söhbət əsnasında Merkel Belarus hökumətinin dinc nümayişçilərə qarşı zorakılıq tətbiq etməkdən çəkinməli olduğunu, həmçinin siyasi məhbusları dərhal azad etməli və böhrandan çıxmaq üçün müxalifət və cəmiyyətlə milli dialoqa girməli olduğunu bildirib.
Kremlin Mətbuat xidməti tərəflərin Belarusdakı vəziyyəti hərtərəfli araşdırdıqlarını təsdiqləyib: “Rusiya tərəfi böhranın daha da kəskinləşməsinə səbəb olacaq respublikanın daxili işlərinə kənardan müdaxilə cəhdlərinin qəbuledilməzliyini vurğulayıb. Həmçinin tərəflər vəziyyətin erkən normallaşacağına ümid etdiklərini ifadə ediblər”.
***
Kremlin Mətbuat xidmətinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronla söhbətində Belarusun daxili işlərinə müdaxilənin və Minskə təzyiq göstərilməsinin yolverilməzliyini vurğulayıb.
Söhbətin Fransa tərəfinin təşəbbüsü ilə baş verdiyi qeyd olunub.
“Belarusdakı gərginləşən vəziyyəti müzakirə edərkən Vladimir Putin respublikanın daxili işlərinə müdaxilənin və Belarus rəhbərliyinə təzyiq göstərilməsinin yolverilməzliyini vurğulayıb. Hər iki tərəf yaranmış problemlərin tez bir zamanda həll edilməsində maraqlı olduqlarını ifadə edib”,- deyə məlumatda qeyd olunub.
***
Avropa Şurasının rəhbəri Şarl Mişel Belarusdakı vəziyyəti Rusiya Prezidenti Vladimir Putin ilə müzakirə etdiyini açıqlayıb.
O, bu barədə öz “Twitter” hesabında açıqlama verib: “Mən bir az əvvəl Belarusdakı vəziyyəti Prezident Putinlə müzakirə etdim. Belarusdakı böhranı yalnız dinc və həqiqətən əhatəli bir dialoq həll edə bilər”.
