Navalnının müalicə aldığı xəstəxana yardım istədi

  • 29.08.2020, 09:30,
  • Dünya
  • Baxılıb: 19
Navalnının müalicə aldığı xəstəxana yardım istədi

Rusiyalı müxalif siyasətçi Aleksey Navalnının yerləşdirildiyi Berlinin "Şarite" klinikası Bundesver laboratoriyasının zəhərlər və kimyəvi müharibə agentləri üzrə mütəxəssislərindən kömək istəyib.

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, klinikanın mütəxəssisləri Almaniyanın zəhərli maddələr və kimyəvi agentlər üzrə ən yaxşı mütəxəssislərinin çalışdığı Münhenin farmakologiya və toksikologiya üzrə qapalı hərbi laboratoriya kompleksinə üz tutublar.

Bununla yanaşı, alman həkimlər, keçmiş kəşfiyyat polkovniki Sergey Skripalın zəhərlənməsi işi ilə məşğul olan ingilis laboratoriyası Porton Daunndan və 2015-ci ildə zəhərlənmiş iş adamı Emilian Gebrevi müalicə edən bolqar həmkarlarından da məlumat istəyib.

Qəzetin verdiyi məlumata görə, Navalnının işi Almaniya kansleri Angela Merkelin şəxsi nəzarəti altındadır. Kanslerin hər gün xəstənin vəziyyəti ilə bağlı ətraflı məlumat aldığı qeyd olunur.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter