Ukraynada karantin uzadıldı
- 22.07.2020, 20:45,
- Dünya
Baxılıb: 18
Facebook
Вконтакте
Одноклассники
Google+
Ukrayna Nazirlər Kabineti bu gün keçirdiyi iclas zamanı ölkədə tətbiq edilən karantin rejiminin avqustun 31-dək uzadılması barədə qərar qəbul edib. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Denis Şmıqal bildirib.“Hamımız görürük ki, bu cür yanaşma bizə Ukraynada xəstələnmə səviyyəsini nəzarətdə saxlamağa imkan verir”, - o deyib.
Şmıqal Ukraynada gündəlik olaraq 20 000-dən 30 000-dək test aparıldığını əlavə edib.
Qeyd edək ki, ölkədə 60 995 yoluxma, 1 534 ölüm halı qeydə alınıb, 33 172 nəfər sağalıb. Ukraynada 26 289 aktiv koronavirus xəstəsi var ki, onlardan da 84-nün vəziyyəti ağır qiymətləndirilir.