Gürcüstanda dünən 1 nəfər yoluxub - Qonşu ölkələrdə son vəziyyət

  • 04.06.2020, 12:30,
  • Dünya
  • Baxılıb: 41
Gürcüstanda dünən 1 nəfər yoluxub - Qonşu ölkələrdə son vəziyyət












Rusiyada son sutka ərzində daha 8 831 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 441 min 108-ə çatıb.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 231 min 101 nəfər təşkil edir.

Ötən gün ərzində xəstəlik səbəbindən daha 169 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 5 384-ə çatıb. Ümumilikdə 204 min 623 pasiyent isə sağalaraq evinə buraxılıb.

Gürcüstanda sutka ərzində bir nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib. Bugünə qədər yoluxanların sayı 801 nəfər təşkil edir. Xəstəlik səbəbindən 13 nəfər həyatını itirib, 644 nəfər isə sağalaraq evinə buraxılıb.

İranda son sutka ərzində yoluxma sayında yeni rekord qeydə alınıb. Belə ki, 3574​ nəfərdə koronavirus aşkarlanıb, 59 nəfər vəfat edib. Bunu ölkənin Səhiyyə naziri Kianuş Cahanpur “IRINN” telekanalının efirində deyib.

Onun sözlərinə görə, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 164 270-ə, bu virusdan ölənlərin sayı 8 071-ə yüksəlib.

Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində daha 697 nəfər artması ilə günlük yoluxma sayında yeni rekord qeydə alınıb.

Bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib. Yoluxanların ümumi sayı 11 min 221-ə çatıb.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 6 nəfər artaraq 176-ya çatıb. Ümumilikdə 3 468 pasiyent müalicə olunaraq sağalıb, 7 577 xəstənin müalicəsi davam etdirilir.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyuna qədər uzadılıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter