Türkiyə və Ukrayna XİN-lərindən səfirliyimizə hücumla bağlı - Açıqlama

  • 27.01.2023, 12:30,
  • Dünya
  • Baxılıb: 25
Türkiyə və Ukrayna XİN-lərindən səfirliyimizə hücumla bağlı - Açıqlama

“Bu səhər Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən silahlı hücumu qınayırıq”.

“Qanunyolutv.az” xəbər verir ki, bu barədə Türkiyə XİN-in açıqlamasında deyilir.

“Bu hücumda həlak olan səfirlik əməkdaşına Allahdan rəhmət, yaralılrın tezliklə sağalmasını diləyirik. Keçmişdə oxşar hücumlara məruz qalmış Türkiyə Azərbaycan xalqının kədərini paylaşır”, - deyə məlumatda qeyd olunub.

Qeyd olunur ki, Azərbaycan tək deyildir: “Azərbaycana dəstəyimiz hər zaman olduğu kimi bundan sonra da davam edəcək”.
****

Ukrayna XİN Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

“Ukrayna Azərbaycanın Tehrandakı səfirliyinə bu gün bir nəfərin ölümü və bir neçə təhlükəsizlik əməkdaşının yaralanması ilə nəticələnən hücumu qətiyyətlə pisləyir. Qurbanın yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik”, deyə Ukrayna XİN-in mətbuat katib O.Nikolenko vurğulayıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter