Ukrayna XİN Azərbaycan konsulluğuna hücumu pislədi
- 07.11.2020, 17:45,
- Siyasət
Baxılıb: 11
Facebook
Вконтакте
Одноклассники
Google+
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun binasının atəşə tutulmasını qətiyyətlə pisləyib."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, bu barədə Ukrayna XİN-in yaydığı bəyanatda deyilir.
“Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulluğunun binasının naməlum şəxslər tərəfindən atəşə tutulmasını qətiyyətlə pisləyirik. Hüquq-mühafizə orqanları artıq lazımi istintaq hərəkətlərinə başlayıblar. Günahkarlar tapılaraq məsuliyyətə cəlb olunmalıdır", - bəyanatda qeyd olunub.
Xatırladaq ki, Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun binası atəşə tutulub, itki yoxdur, hadisə ilə bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Silahlı hücumun ermənilər tərəfindən təşkil olunduğu şübhə doğurmur.