Ərdoğanla Putinin görüşü 1,5 saat davam etdi - Foto + Yenilənib
- 13.10.2022, 15:30,
- Dünya
Baxılıb: 48
Facebook
Вконтакте
Одноклассники
Google+
14:11Qazaxıstanın paytaxtı Astanada Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında görüş başlayıb.“Qanunyolutv.az”, “TRT Haber”ə istinadən xəbər verir ki, görüş mətbuata qapalı şəkildə keçirilir.
Liderlərin görüş zamanı Rusiya-Ukrayna müharibəsi, eləcə də taxıl dəhlizi və Suriya məsələlərini müzakirə edəcəyi gözlənilir.
****
15:35Türkiyə mediası Ərdoğan və Putin arasında görüşün başa çatdığını açıqlayıb. Danışıqlar 1,5 saat davam edib.
Kremlin rəsmi sözçüsü Dmitri Peskovun sözlərinə görə isə, liderlər görüş zamanı Rusiya-Ukrayna münasibətlərinin nizamlanması məsələsini müzakirə etməyiblər.