Nikol Paşinyan Rusiya və Avropa arasında qaldı
- 01.09.2026, 23:00,
- Xəbər
Baxılıb: 4
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalması, yoxsa Avropa İttifaqına (Aİ) yaxınlaşması barədə hələ ki yekun qərar vermədiklərini bəyan edib.“Qanunyolutv.az” xəbər verir ki, bu barədə “kp.ru” nəşri məlumat yayıb.
Nəşr yazır ki, Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində çıxışı zamanı Ermənistanda gələcək iqtisadi tərəfdaşların seçilməsi məsələsinin “hələ tam yetişmədiyini”, bu səbəbdən yekun addımın atılmadığını vurğulayıb. Eyni zamanda, hökumət rəhbəri respublikanın Avropaya inteqrasiya istəyinin “Rusiyaya qarşı yönəlmədiyini” iddia edib.
Məlumat üçün bildirək ki, sentyabrın 1-də Rusiya Prezidenti Vladimir Putin ŞƏT sammiti çərçivəsində Paşinyanla təkbətək görüşüb və Ermənistanı Avropa İttifaqına daxil olmaq barədə tez bir zamanda konkret qərar verməyə çağırıb. Putin kənd təsərrüfatı məhsulları üzrə tənzimləyici qaydaların, eləcə də texniki norma və standartların Aİİ ilə Aİ arasında tamamilə ziddiyyət təşkil etdiyini diqqətə çatdırıb. Bununla belə, Rusiya lideri ölkəsinin Ermənistan xalqının istənilən seçiminə hörmətlə yanaşacağını vurğulayıb.
Xatırladaq ki, avqustun 24-də Nikol Paşinyan Ermənistanın tezliklə Avropa İttifaqına qoşulmaq üçün rəsmi ərizə hazırlamağa başlaya biləcəyini və Aİ-yə üzvlük, eləcə də Aİİ-dən çıxmaqla bağlı referendum keçirmək niyyətində olduqlarını bəyan etmişdi.
