Ərdoğanla Makronun görüşü başa çatdı - Fotolar + Yenilənib

  • 14.06.2021, 14:25,
  • Dünya
  • Baxılıb: 31
Ərdoğanla Makronun görüşü başa çatdı - Fotolar + Yenilənib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün NATO-nun Brüsseldəki qərargahında Fransa Prezidenti Emmanuel Makron ilə görüşü başlayıb.

“Qanunyolu.info.az”, “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan NATO Liderlər Sammitində iştirak etmək üçün Brüsseldəki NATO qərargahına gəlib.
****

Rəcəb Tayyib Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu və milli müdafiə naziri Hulusi Akar müşayiət edir.
Ərdoğanla Makronun görüşü başa çatdı - Fotolar + Yenilənib

Ərdoğan və Makron NATO-nun qərargahında bir araya gəlib. Görüş NATO liderlərinin sammiti çərçivəsində mətbuat üçün qapalı rejimdə keçirilir.
****

Ərdoğanla Makronun görüşü bir az öncə başa çatıb. İki liderin NATO Sammiti çərçivəsində NATO-nun Baş Qərargahındakı görüşü mətbuata qapalı və təxminən 52 dəqiqə davam edib.
Ərdoğanla Makronun görüşü başa çatdı - Fotolar + Yenilənib

Görüşdən sonra açıqlamalar verən Makron, “Ortaq strategiyaların aydınlaşdırılmasını vurğuladım. Ərdoğana NATO müttəfiqlərinin ortaq strategiyalarını izah etmələrinin lazım olduğunu təkrar etdim”,- deyə bildirib.

NATO Sammitinin əsas mövzuları arasında İttifaqın yaxın 10 il üçün yol xəritəsinə dair qərarlar, NATO-nun strateji konsepsiyası, Rusiya, Çinin yüksəlişi, iqlim dəyişikliyinin təhlükəsizliyə təsiri, kiber təhdidlər və Əfqanıstandakı NATO missiyasının sona çatması olacaq.
Ərdoğanla Makronun görüşü başa çatdı - Fotolar + Yenilənib

Ərdoğanla Makronun görüşü başa çatdı - Fotolar + Yenilənib

Ərdoğanla Makronun görüşü başa çatdı - Fotolar + Yenilənib

Ərdoğanla Makronun görüşü başa çatdı - Fotolar + Yenilənib
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter