Rəisi Ərdoğanla görüşdü - Video + Yenilənib
- 19.07.2022, 12:30,
- Dünya
Baxılıb: 43
Facebook
Вконтакте
Одноклассники
Google+
İranda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə Prezidenti İbrahim Rəisi tərəfindən rəsmi qarşılanıb.“Qanunyolutv.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğanın rəsmi qarşılanma mərasimi Sadabad sarayında baş tutub.
Xatırladaq ki, Ərdoğan Tehranda Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 7-ci iclasında iştirak edəcək. Bunun ardınca, “Astana formatı”nda Türkiyə-İran-Rusiya liderlərinin iştirakı ilə üçtərəfli zirvə görüşü keçiriləcək. Görüşün əsas mövzusu Suriya olacaq.
Bununla yanaşı, Ərdoğan səfər zamanı rusiyalı həmkarı Putinlə ikitərəfli görüş keçirəcək.
Sadabad sarayında Rəcəb Tayyib Ərdoğanla İbrahim Rəisi arasında görüş baş tutub. Görüş təqribən 1 saat yarım davam edib.
Mətbuata qapalı keçirilən görüşdə hər iki ölkənin nümayəndə heyətləri də iştirak edib.