Kir Starmer parlamentdən də istefa verdi
- 02.09.2026, 09:30,
- Dünya
Baxılıb: 4
Facebook
Вконтакте
Одноклассники
Google+
Böyük Britaniyanın keçmiş Baş naziri Kir Starmer 11 ildir tutduğu parlament üzvlüyündən də istefa verib.“Qanunyolutv.az” xəbər verir ki, Starmer “X” hesabında paylaşım edərək Londondakı Holborn və Sent-Pankras seçki dairəsindən parlament üzvü vəzifəsini bu gündən etibarən tərk etdiyini açıqlayıb.
Keçmiş Baş nazir bildirib ki, 11 ildən sonra parlament fəaliyyətindən ayrılaraq beynəlxalq münasibətlər və müdafiə, eləcə də, qadın və uşaqlara qarşı zorakılıqla mübarizə məsələlərinə diqqət yetirmək istəyir.
Starmer Holborn və Sent-Pankras bölgəsində yerli məsələlərlə bağlı əldə etdiyi nəticələrlə qürur duyduğunu qeyd edib.
O, Baş nazir olduğu dövr də daxil olmaqla, siyasi fəaliyyətinin bütün mərhələlərində Leyboristlər Partiyasının və könüllülərin dəstəyini hiss etdiyini bildirib. Starmer onun yerinə keçiriləcək seçkidə Leyboristlər Partiyasının namizədini tam dəstəkləyəcəyini vurğulayıb.
Qeyd edək ki, Starmer iyulun 20-də Baş nazir vəzifəsindən istefa verib. Həmin gün Böyük Britaniya Kralı III Çarlz Makerfild millət vəkili və Mançesterin keçmiş meri Endi Börnhemə hökumət qurmaq tapşırığı verib və o, ölkənin yeni Baş naziri olub.
