Putin və Cinpin arasında görüş oldu - Yenilənib

  • 04.02.2022, 13:50,
  • Dünya
  • Baxılıb: 32
Putin və Cinpin arasında görüş oldu - Yenilənib

Rusiya Prezidenti Vladimir Putin Çinə səfər edib.

“Qanunyolu.info.az”, “TASS”a istinadən xəbər verir ki, bu, Rusiya liderinin pandemiya başlayandan bu yana Çinə ilk səfəridir.

Vladimir Putin səfəri çərçivəsində Rusiya-Çin danışıqlarında iştirak edəcək, daha sonra işçi naharda Çin Prezidenti Si Cinpin ilə görüşəcək.

Bununla yanaşı, Putin Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasiminə qonaq qismində qatılacaq.
****

Rusiya və Çin Prezidentləri arasında danışıqlar başlayıb.
****

Vladimir Putinlə Si Cinpin arasında nümayəndə heyətləri ilə birgə keçirilən danışıqlar başa çatıb.

Danışıqlar bir saata yaxın davam edib. Çin Mərkəzi Televiziyasının məlumatına görə, Putin və Cinpin görüşdə beynəlxalq strateji təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.

Bunun ardınca iki ölkə liderinin işçi nahar çərçivəsində ikitərəfli görüşü başlayıb.
****

Pekində Vladimir Putin və onun çinli həmkarı Si Cinpin arasında danışıqlar təxminən üç saat davam edib. Danışıqların yekununda iki ölkə liderləri sənədlər paketi imzalayıb və birgə bəyanat qəbul ediblər.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter