Fransada müsəlmanlara qarşı zorakılıq halları artıb

  • 09.07.2021, 20:10,
  • Dünya
  • Baxılıb: 29
Fransada müsəlmanlara qarşı zorakılıq halları artıb

Ötən il Fransada müsəlmanlara qarşı zorakılıq və təhdid hallarının sayı 52 % artıb.

“Qanunyolu.info.az” xəbər verir ki, bununla bağlı məlumat Fransanın İnsan Hüquqları üzrə Milli Məşvərət Komissiyasının (CNCDH) rasizm, antisemitizm və ksenofobiyaya dair 30-cu hesabatında yer alıb.

Hesabatda deyilir ki, mart ayında internet vasitəsilə sorğuda iştirak edən şəxslərin 59 %-i İslam dinini fransız kimliyinə təhdid olaraq qiymətləndirir.

Bununla belə, sorğu iştirakçılarının 72 %-i hesab edir ki, miqrantlar Fransaya yalnızca sosial müdafiədən yararlanmaq üçün gəlirlər.

Ümumilikdə 2020-ci ildə Fransada ksenofobiya aktlarının sayı 22 % azalıb. Belə ki, ötən il bu ölkədə yalnız 888 dözümsüzlük halı qeydə alınıb.

Qeyd edək ki, ötən il Fransada 2019-cu illə müqayisədə antisemitizm halları 51 % azalıb. Lakin buna baxmayaraq, anti-islam hallarının sayında 52 % artım müşahidə edilib.

Həmçinin, hesabatda qeyd olunur ki, yeni növ koronavirus pandemiyası dövründə bu ölkədə asiyalılara qarşı diskriminasiya halları əhəmiyyətli dərəcədə artıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter