Ermənistanda seçkilərlə bağlı 47 nəfər haqda cinayət işi başlandı

  • 26.06.2021, 13:55,
  • Dünya
  • Baxılıb: 24
Ermənistanda seçkilərlə bağlı 47 nəfər haqda cinayət işi başlandı

Ermənistanda parlament seçkiləri zamanı törədilən qanunsuzluqlarla əlaqədar 47 nəfər barəsində 37 cinayət işi başladılıb.

"Qanunyolu.info.az" xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Cinayət işi açılan 47 nəfərdən 40 nəfər rüşvət vermək və ya almaqda şübhəli bilinir.

Ümumilikdə isə, 25 iyun tarixinə aid 37 cinayət işi başlanıb.

Onlardan 23-ü rüşvət vermək və ya almaq;

3 -ü seçki kampaniyasında iştiraka məcburetmə və ya maneə törətmə;

2 -si seçki məntəqəsində və ya yaxınlığında güc tətbiqi və ya güc tətbiq etməklə hədələmək;

1 -i saxta bülletenlərin yaradılması;

1 -i əmlaka ziyan vurma təhdidi və maddi həvəsləndirmə yolu ilə seçkilərdə iştiraka maneə törətmək;

1 -i səsvermədə 2 dəfə və ya daha çox iştirak etmək cəhdləri;

1 -i seçicini səs verdiyi namizədi açıqlamağa məcbur etmək;

4 -ü isə seçki afişalarına ziyan vurmaqla bağlıdır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter