Ermənistanda Qarabağdan qanunsuz silah daşınması ilə bağlı 9 cinayət işi başlandı

  • 04.11.2020, 16:30,
  • Dünya
  • Baxılıb: 21
Ermənistanda Qarabağdan qanunsuz silah daşınması ilə bağlı 9 cinayət işi başlandı

Döyüş meydanında üzləşdiyi ard-arda uğursuzluqlar səbəbindən Ermənistan ordusunda nizamsızlıq və hərc-mərclik hökm sürür. Ermənistanın İstintaq Komitəsi Dağlıq Qarabağdan qanunsuz silah daşınması faktları ilə bağlı 9 nəfərə qarşı cinayət işi açıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi sədrinin müavini Artuş Melikyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu işlər bir-biri ilə əlaqəli deyil. Belə ki, mütəşəkkil yox, ayrı-ayrılıqda törədilən cinayətlərdir.

“Bir qayda olaraq, problem ehtiyatda olanlarla ortaya çıxır, eyni zamanda silah daşınmasına dair məqsədləri ilə bağlı ciddi əsaslar göstərə bilmirlər”,- deyə Melikyan qeyd edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter