Gürcüstanda yeni baş nazir və hökumət təsdiqləndi

  • 22.02.2021, 22:15,
  • Xəbər
  • Baxılıb: 30
Gürcüstanda yeni baş nazir və hökumət təsdiqləndi

Gürcüstan parlamenti 89 səslə İrakli Qaribaşvilinin rəhbərliyi ilə yeni hökumətin tərkibini təsdiq edib.

“Qanunyolu.info.az”, “Sputnik Gürcüstan”-a istinadən xəbər verir ki, İrakli Qaribaşvilinin başçılıq edəcəyi yeni hökumətdə iki yeni nazir - regional inkişaf və infrastruktur naziri İrakli Karseladze və müdafiə naziri Cuanşer Burçuladze təmsil olunub.

Nazirlər Kabinetinin yeni tərkibi aşağıdakı kimidir:

Regional İnkişaf və İnfrastruktur naziri - İrakli Karseladze

Ədliyyə naziri - Qoça Lortkipanidze

Daxili işlər naziri - Vaxtanq Qomelauri

İqtisadiyyat və Davamlı İnkişaf naziri - Natiya Turnava

Müdafiə naziri -Cuanşer Burçuladze

Xarici İşlər Naziri - David Zalkaliani

Maliyyə naziri - İvane Maçavariani

Təhsil, Elm, Mədəniyyət Naziri - Mixail Çxenkeli

Məcburi köçkünlərin işi üzrə, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri - Yekaterina Tikaradze

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Naziri - Levan Davitaşvili

Sülh və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri - Teya Axvlediani


Xatırladaq ki, Gürcüstanın Baş nazir postu Georgi Qaxariyanın istefasından sonra İrakli Qaribaşviliyə keçib. Qaribaşvili 2012-2013-cü illərdə daxili işlər naziri, 2013-2015-ci illərdə Baş nazir olub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter