Rusiyada terakt planlaşdıran 19 ekstremist saxlanıldı

  • 17.02.2021, 12:20,
  • Xəbər
  • Baxılıb: 27
Rusiyada terakt planlaşdıran 19 ekstremist saxlanıldı

Qaraçay-Çərkəz Respublikası, Krım, Krasnodar və Rostov bölgələrində, Rusiya Federasiyasında qadağan edilən “At-Takfir vəl-Hicra” terror təşkilatının 19 davamçısı saxlanılıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat verib.

Radikalların ideologiyanı təbliğ etmək və yeni tərəfdar toplamaqla yanaşı, Şimali Qafqazda terror hücumları planlaşdırdıqları müəyyənləşdirilib.

“Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti Rusiyada qadağan olunmuş, ideologiyası “təkfirçilik” olan, o cümlədən müsəlmanlar üçün teokratik İslam dövləti - “xilafət” yaratmağın zəruriliyini təbliğ edən “At-Takfir vəl-Hicra” terror təşkilatının fəaliyyəti dayandırılıb”,- deyə açıqlamada qeyd olunub.

Üzvlərin yaşayış yerləri və gizli toplaşdığı məkanlarda axtarışlar zamanı aşkar olunan anbarda 40 nüsxədən çox ekstremist material, RPK pulemyotu, AKM pulemyotu, patronlar və TNT ekvivalenti olan 3 kq-dan çox ağırlığında əldəqayırma partlayıcı qurğular və həmçinin kamikadze kəməri tapılaraq götürülüb.

Saxlanılanlara qarşı terrorçu təşkilatın təşkili və fəaliyyətində iştiraketmə maddəsi ilə ittiham irəli sürülüb, 10 təşkilatçı və aktiv iştirakçıları həbs edilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter