İlham Əliyev Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktorunu qəbul etdi
- 18.12.2020, 18:55,
- Siyasət
Baxılıb: 60
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev dekabrın 18-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovu qəbul edib."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Rusiya Prezidenti Vladimir Putinin salamlarını dövlət başçısına çatdırdı.
Görüşdə bölgədə mövcud vəziyyət, münaqişənin həlli, üçtərəfli Bəyanatın müddəalarının icrası müzakirə edilərək, vəziyyətin sabit olduğu bildirilib.
Söhbət zamanı Azərbaycanla Rusiya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Prezident İlham Əliyev Rusiya dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş edib.