Rusiya məktəblərində terror törətmək istəyən qruplaşma saxlanıldı
- 04.09.2020, 13:00,
- Kriminal / Xəbər
Baxılıb: 39
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya bölgələrində təhsil müəssisələrinə hücum təşkil etmək istəyən 13 nəfər Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən saxlanılıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin Mətbuat xidməti məlumat yayıb.
Təcavüzkarların əldəqayırma partlayıcı qurğulardan istifadə edərək kütləvi qırğınlar törətmək istədikləri bildirilib. Həmçinin məlum olub ki, sözügedən qruplaşma sosial şəbəkələrdə qapalı qruplarda insanları bu cür cinayətlərə təşviq edib.
Tutulanların hamısının Rusiya vətəndaşı olduğu qeyd olunub.
İstintaq tədbirləri zamanı təhlükəsizlik qüvvələri tərəfindən şübhəli şəxslərə məxsus partlayıcı maddələrin hazırlanması üçün təlimatların və təhsil müəssisələrinə hücum sxemlərinin qeyd olunduğu şəxsi gündəliklər və rabitə cihazları ələ keçirilib.