Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət
- 04.01.2021, 13:45,
- Xəbər
Baxılıb: 50
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyada son bir gündə koronavirusa 23 351 yeni yoluxma faktı qeydə alınıb. Bu barədə "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir.Son 24 saat ərzində 482 pasiyent ölüb, bununla da vəfat edənlərin sayı 59 988 nəfərə çatıb. Ölkə üzrə ümumilikdə 3 260 138 nəfər koronavirusa yoluxub. İndiyədək 2 640 036 nəfər sağalıb.
Gürcüstanda son 24 saat ərzində daha 594 nəfərdə “COVID-19”un aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 228 410-a çatıb.Ölkədə sutka ərzində daha 25 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 2628-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 222 405 nəfərdir.
Ermənistanda son sutka ərzində daha 193 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.Bununla da ölkədə koronavirusa yoluxanların sayı 160 220 nəfərə çatıb. Daha 14 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2 864-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 143 355 nəfərdir.