Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət

  • 01.01.2021, 14:00,
  • Dünya
  • Baxılıb: 52
Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət

Rusiyada son bir gündə koronavirusa 27 039 yeni yoluxma faktı qeydə alınıb. Bu barədə "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir.

Son 24 saat ərzində 536 pasiyent ölüb, bununla da vəfat edənlərin sayı 57 555 nəfərə çatıb. Ölkə üzrə ümumilikdə 3 186 336 nəfər koronavirusa yoluxub. İndiyədək 2 580 138 nəfər sağalıb.

Gürcüstanda son 24 saat ərzində daha 990 nəfərdə “COVID-19”un aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 228 410-a çatıb.

Ölkədə sutka ərzində daha 23 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 2528-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 214 992 nəfərdir.

Ermənistanda son sutka ərzində daha 329 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 159 738 nəfərə çatıb. Daha 5 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2 828-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 143 355 nəfərdir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter