Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət

  • 29.12.2020, 12:20,
  • Dünya
  • Baxılıb: 52
Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət

Rusiyada son bir gündə koronavirusa 27 002 yeni yoluxma faktı qeydə alınıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, son 24 saat ərzində 562 pasiyent ölüb, bununla da vəfat edənlərin sayı 55 827 nəfərə çatıb. Ölkə üzrə ümumilikdə 3 105 037 nəfər koronavirusa yoluxub. İndiyədək 2 496 183 nəfər sağalıb.

Gürcüstanda son 24 saat ərzində daha 2012 nəfərdə “COVID-19”un aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 224 155-ə çatıb.

Ölkədə sutka ərzində daha 25 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 2 443-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 208 951 nəfərdir.

Ermənistanda son sutka ərzində daha 348 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 158 296 nəfərə çatıb. Daha 22 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2 768-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 140 942 nəfərdir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter