Gürcüstan hökuməti istefa verdi
- 11.12.2020, 15:30,
- Xəbər
Baxılıb: 71
Facebook
Вконтакте
Одноклассники
Google+
Gürcüstanın onuncu çağırış parlamentinin səlahiyyətləri Gürcüstanda yeni seçilmiş qanunverici orqanın bu gün keçirilən ilk plenar iclasında təsdiqlənib. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, parlament üzvlərinin səlahiyyətlərinin təsdiq olunduğu qərar layihəsi 87 millət vəkili tərəfindən dəstəklənib.
Yeni parlament işə başladıqdan sonra Gürcüstan hökuməti avtomatik olaraq istefa verir. Nazirlər kabineti yeni hökumətin təsdiqinə qədər icraedici faəliyyətinə davam edəcək.
Qeyd edək ki, yeni seçilmiş parlamentin bu gün keçirilən ilk iclasında yalnız hakim “Gürcü arzusu” partiyasından olan millət vəkilləri iştirak edir. Belə ki, 31 oktyabr parlament seçkilərindən sonra parlamentə daxil olan müxalifət üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edərək parlament mandatlarından imtina ediblər.