Gürcüstanda seçkilərin nəticələrinə etirazlar davam edir - Foto

  • 09.11.2020, 03:40,
  • Dünya
  • Baxılıb: 11
Gürcüstanda seçkilərin nəticələrinə etirazlar davam edir - Foto

Gürcüstanda parlament seçkilərinin nəticələrinə etiraz olaraq aksiyalar keçirilir. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə “Anadolu” agentliyi xəbər verib.

Müxalifət tərəfdarları hakim "Gürcü arzusu" partiyasını saxtakarlıqda ittiham edir və növbədənkənar yeni seçkilərin keçirilməsini tələb edirlər.

Müxalifət, həmçinin Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Tamar Jvaniyanın işdən çıxarılmasında israr edir.

Qeyd edək ki, oktyabrın 31-də Gürcüstan parlamentinə keçirilmiş seçkilərin nəticələrinə görə, hakim “Gürcü arzusu” partiyası seçicilərin 48,24% səsini toplayıb. “Birləşmiş müxalifət - Güc birlikdədir” müxalif blokuna isə 27,16% səs verilib. Müxalifət seçkilərin legitimliyini qəbul etməyib və yeni qanunverici orqana daxil olmaqdan imtina edib.
Gürcüstanda seçkilərin nəticələrinə etirazlar davam edir - Foto
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter