22 gün əvvəl spiker seçilmişdi, istefa verdi
- 04.11.2020, 09:55,
- Dünya
Baxılıb: 14
Facebook
Вконтакте
Одноклассники
Google+
Joqorku Keneşin (Qırğızıstan parlamenti-red.) sədri Kanat İsayev vəzifəsindən istefa verib."Qanunyolu.info.az", “Qafqazinfo”-nun verdiyi xəbərə istinadən, bu barədə o, “Ala-Arça” dövlət iqamətgahında keçirilən parlament iclasında məlumat verib.
“Joqorku Keneşin sədri vəzifəsindən istefa etmək qərarına gəldim. Eyni partiyanın üzvləri məni prezidentliyə namizəd göstərdilər. Parlamentin yüksək statusunu, habelə ölkədəki hüquq sahəsindəki vəziyyəti qorumaq üçün hər cür səy göstərdim”, - deyə İsayev bildirib.
Qeyd edək ki, Kanat İsayev 4 oktyabrda keçirilən, nəticələri etibarsız sayılan seçkilərdən sonra – 13 oktyabrda spiker seçilmişdi.
Xatırladaq ki, Qırğızıstanda 4 oktyabr seçkilərindən sonra parlamentə girə bilməyən partiyaların nümayəndələri Bişkekdə etirazlara başlayıb. Baş Nazir Kubatbek Boronov və parlament sədri Dastanbek Cumabekov istefa verib. Mərkəzi Seçki Komissiyası seçki nəticələrini etibarsız sayaraq dekabrın 20-nə təkrar parlament seçkilərinin keçirilməsinə qərar verib.
15 oktyabrda isə Prezident Sooronbay Jeenbekov istefa edib, bununla dövlət başçısının səlahiyyətləri Baş nazir Sadır Japarova keçib.
