AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarıldı

  • 20.11.2020, 00:18,
  • Xəbər
  • Baxılıb: 38
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarıldı

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Sevil Zülfüqarova vəzifəsindən azad olunub.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu haqda qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında elan olunub.

İclasın gündəliyinə çıxarılan məsələlərdən biri də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) aparılan yoxlamanın nəticələri və MEK-in direktoru Sevil Zülfüqarovanın kütləvi informasiya vasitələrində yayımlanmış plagiat məqalələri haqqında olub. Mövzular ətrafında müvafiq arayışlar səsləndirilib. MEK-in idarə edilməsində və fəaliyyətində yol verdiyi nöqsanlara görə Rəyasət Heyətinin qərarı ilə Sevil Zülfüqarova MEK-in direktoru vəzifəsindən azad olunub.

Rəyasət Heyətinin digər qərarı ilə fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev MEK-in yeni direktoru təyin edilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter