AMEA saytının baş redaktoru işdən çıxdı
- 23.09.2020, 12:45,
- Xəbər
Baxılıb: 28
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elektron informasiya sektorunun müdiri, AMEA-nın saytının Baş redaktoru Nərgiz Qəhrəmanova işdən çıxıb."Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, N.Qəhrəmanova bu barədə sosial şəbəkədə məlumat yayıb.
O bildirib ki, 11 ildən sonra AMEA-nın saytından ayrılmağa qərar verib:
"Bu illər ərzində Azərbaycanın ən böyük elm saytının yazarı oldum, sadə jurnalist vəzifəsindən sektor müdiri vəzifəsinə kimi yüksəldim. Azərbaycanın ilk veb-portalı olan science.az-dakı 11 illik fəaliyyətimə öz istəyimlə son qoydum. Artıq fəaliyyətimi AMEA-nın Yüksək Texnologiyalar Parkında Mətbuat katibi kimi davam etdirəcəm".