Ölkədə aktiv xəstə sayı 2 mini keçdi

  • 29.08.2020, 21:40,
  • Xəbər
  • Baxılıb: 21
Ölkədə aktiv xəstə sayı 2 mini keçdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 29-na olan statistik göstəriciləri açıqlayıb.

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 2 069 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 140 nəfər reanimasiyada, 16 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 36 174 nəfər virusa yoluxub, 33 576 nəfər sağalıb.

Bu gün 6 384 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 910 890 test aparılıb.

Qeyd edək ki, bu gün 188 koronavirusa yoluxma faktı qeydə alınıb, 115 nəfər sağalıb, 2 nəfər ölüb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter