Koronavirusdan sağalanların sayı 33 mini keçdi

  • 24.08.2020, 18:20,
  • Xəbər
  • Baxılıb: 21
Koronavirusdan sağalanların sayı 33 mini keçdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 24-nə olan statistik göstəriciləri açıqlayıb.

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 803 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 181 nəfər reanimasiyada, 21 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 35 426 nəfər virusa yoluxub, 33 104 nəfər sağalıb.

Bu gün 4 890 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 878 667 test aparılıb.

Qeyd edək ki, bu gün 152 koronavirusa yoluxma faktı qeydə alınıb, 111 nəfər sağalıb, 1 nəfər ölüb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter