ARB24-ün 4 əməkdaşında koronavirus aşkarlanıb

  • 03.07.2020, 12:37,
  • Xəbər
  • Baxılıb: 46
ARB24-ün 4 əməkdaşında koronavirus aşkarlanıb












ARB24 telekanalının 4 əməkdaşında koronavirus aşkarlanıb.

"Qanunyolu.info.az", "Qafqazinfo"ya daxil olan məlumata istinadən, ilk testi pozitiv çıxan 2 əməkdaşın karantin şəraitində 1 həftə saxlanıldıqdan sonra verdiyi növbəti testin nəticəsi neqativ çıxıb və onlar artıq evə buraxılıblar:

"Bir əməkdaşımız isə xəstəxana şəraitində həkim nəzarətində saxlanıldıqdan sonra evə buraxılıb, müalicəsi ev şəraitində davam etdirilir. Hazırda 1 əməkdaşımızın müalicəsi xəstəxana şəraitində davam etdirilir. O, özünü yaxşı hiss edir, səhhətində ciddi ağırlaşma yoxdur.

Bundan başqa, sərt karantin rejiminin tətbiq olunmasından etibarən proqram siyasətində dəyişiklik edilib, əməkdaşlar 2 qrupa bölünərək işləyirlər. Müvəqqəti olaraq, ARB24 telekanalında daha məhdud efir yayımına keçilib, canlı yayım verilişlərin sayı azaldılıb".
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter