Qalmaqallı direktor işdən çıxarıldı
- 24.05.2025, 18:30,
- Xəbər / Səhiyyə
Baxılıb: 2
Facebook
Вконтакте
Одноклассники
Google+
Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Rauf Ruzvay oğlu Yahyayev işdən çıxarılıb.“Qanunyolutv.az”-ın məlumatına görə, onun vəzifəsi hələlik xəstəxananın baş həkimi Arzu Teymurovaya həvalə edilib.
Bildirilib ki, Rauf Yahyayev öz ərizəsi ilə işdən çıxıb.
Xəbəri Goranboy rayon Mərkəzi Xəstəxanasından təsdiq ediblər.
Xatırladaq ki, o bu vəzifəyə 2022-ci ildə təyin edilmişdi.
Qeyd edək ki, Rauf Yəhyayev bir neçə dəfə qalmaqalla gündəmə gəlib. Ötən il onun pasiyenti döyməsi barədə video yayılmışdı, daha sonra sərxoş vəziyyətə toyda mahnı oxuması ilə gündəmə gəlmişdi.
2024-cü ilin fevral ayında isə onun özünün xəstəxanada bir neçə şəxs tərəfindən
döyülməsi barədə məlumat yayılıb.
Həmin ilin oktyabr ayında isə barəsində vəzifə saxtakarlığı maddəsi ilə ittiham irəli sürülərək
cinayət işi açılmışdı.