Sözlə ruhlara toxunan qadın: Qiraətçi, Yaşam Kouçu və Vətənpərvər Kəmalə xanım Elmarqızı

Sözlə ruhlara toxunan qadın: Qiraətçi, Yaşam Kouçu və Vətənpərvər Kəmalə xanım Elmarqızı

Əziz və hörmətli oxucularımız! Bu dəfə sizlərə öz peşəsini, işini sevən, qiraətçi, Vətənpərvər, həmişə Şəhid tədbirlərində sözünü deyən, Vətənpərvər şerləriylə hər kəsin zövqünə oxşayan, səhnədən ruhlara, qəlblərə yol tapan, qiraətçi, Yaşam Kouçu Kəmalə xanım Elmarqızı haqqında danışacayıq.

"Qanunyolutv.az" xəbər verir ki, bəli, hər bir insanın həyatında içindən doğan bir səda, bir çağırış olur. Kimisi bu səsi eşidə bilmir, kimisi isə bu səsin arxasınca gedərək öz yolunu tapır. Müsahibimiz Kəmalə xanım Elmarqızı – 1976-cı il 23 noyabrda Bakı şəhərində dünyaya göz açmış, sadə bir ailənin övladı olaraq – həyatı boyu o səsi dinləməyə, onu duymağa və onun işığında irəliləməyə çalışam bir xanım olmuşdur.

Kəmalə xanım ilk təhsil addımlarını 1983-cü ildə Xətai rayonunun 88 saylı orta məktəbində almışdır. Orada keçirdiyi 10 il təkcə savad qazanmaqla deyil, həm də özünü dərk etməklə yadda qalmışdı. Məktəb dövründə şeir müsabiqələri, fənn olimpiadaları və bədii tədbirlər Kəmalə xanım üçün sadəcə iştirak deyil, özünü tapmaq, ifadə etmək və sevilən olmağın ilk addımları olmuşdu. Çox vaxt məktəb tədbirlərinin aparıcılığını edər, səhnədə sözə hakim olmağı ilə müəllimlərinin və dostlarının rəğbətini qazanarmış. Onun uşaqlıq illərində Dövlət Radiosunun “Pioner şeypuru” verilişində dəfələrlə çıxış etməyi Kəmalə xanım üçün həm məsuliyyətli, həm də ilhamverici təcrübə olmuşdu. Orada eşidilən onun səsi, ruhunun dərinliklərindən gələn ifadələr isə ilk dəfə geniş auditoriyaya toxunmağa başlamışdı.

Hərçənd ki, ali təhsil yolu onu iqtisadiyyat sahəsinə apardı, içindəki ədəbiyyat sevgisi, poeziyaya olan bağlılığı heç vaxt sönmədi. Sözün gücünə inanan biri kimi daim kitablarla, şeirlərlə nəfəs aldı. Nəhayət, 2021-ci ildən etibarən bu daxili ehtiyacı real fəaliyyətə çevirdi – qiraətçi olaraq poeziyanı səslə, ruhla və duyğularla insanlara çatdırmaq yoluna başladı. Bu yol təkcə bir sənət deyil, həm də bir missiyadır. Çünki yaxşı səsləndirilmiş bir şeir təkcə qulağa yox, qəlbə toxunur.

Bu illər ərzində bir çox seminar və təlimlərdə iştirak edərək, öz üzərində yorulmadan çalışdı. Səsini daha doğru, daha dərin və təsirli şəkildə ifadə etməyi öyrəndi. Bu öyrənmə prosesi təkcə texniki biliklərlə deyil, eyni zamanda insan psixologiyası, hiss dünyası və mənəviyyatı ilə bağlı araşdırmalarla müşayiət olundu. Bu səbəbdən də Yaşam Kouçu olaraq fəaliyyət göstərmək qərarına gəldi. İnsanların həyat yolunda, mənəvi dünyasında bir yol yoldaşı olmaq, onlara güzgü tutmaq, daxili enerjilərini oyatmaq onun üçün böyük bir zövqdür. Hər toxunduğu ruh, hər gözlərində parlayan ümid işığı Kəmalə xanım üçün ən qiymətli mükafatdır.

Bu yolda mənimlə bərabər ruhuna, səsinə və missiyasına heyran olduğum çox dəyərli bir insan da var – Kəmalə xanım Elmarqızı. O, təkcə qiraətçi, kouç və müəllim deyil, həm də bir vətənpərvər, mədəniyyət daşıyıcısıpoeziyanın ruhunu yaşadan nurlu bir şəxsiyyətdir. Onun səhnədəki duruşu, səsinin titrəyişi, hər misrəyə verdiyi nəfəs insanda dərin duyğular oyadır. Kəmalə xanım poeziyanı sadəcə oxumur – o, şeiri yaşayır və yaşadır. Bu cür insanların cəmiyyətimizdə olması, gənclərə örnək olması, qadınlarımız üçün yol göstərməsi böyük bir qazancdır.

Kəmalə xanımın Yaşam Kouçu olaraq fəaliyyəti də xüsusi təqdirəlayiqdir. O, insanın öz içindəki gücü tapmasına yardım edən, həyatına yeni bir baxış qazandıran müdrik bir yol göstəricidir. Kəmalə xanımın təqdimatında insan sadəcə informasiya almır – insan ruhunun dərin qatlarına enir, özünü kəşf edir və yenidən doğulur. Onun fəaliyyətində poeziya ilə ruhsal inkişaf birləşərək, təsir gücünü daha da artırır.

Onu da qeyd etmək istəyirəm ki, Kəmalə xanım sonda bu sözləri də bizlərə çatdırdı:Mən bir gün kitab təqdimatında şer deyirdim. Orda Aşıqlar Birliyinin sədri Məhərrəm müəllim və bir çox insanlar var idi. Məhərrəm müəllim təkidlə mənə dedi ki, siz çox gözəl qiraətçi ola bilərsiz deyə rəy bildirdi. Məndə bu xoş və sevindirici sözlərdən sonra daha da ruhlandım və bu yolu davam etdirdim.

P.S. Sonda məndə "Qanunyolutv.az"-ın rəhbəri olaraq kollektivimiz adından bu misilsiz fəaliyyətlərinə görə Kəmalə xanıma möhkəm can sağlığı, uzun ömür, ilham dolu yollar və daim yüksələn səhnələr arzulayıram! Ruhlara işıq saçan sözləriniz heç vaxt sönməsin, səsiniz daim könüllərə yol tapsın, daim yüksələn ruh, yeni nailiyyətlər və daha böyük auditoriyalara çatmaq arzusu ilə…

Fürsətdən istifadə edərək Kəmalə xanım sizi 28 May – Respublika Günü münasibətilə ürəkdən təbrik edirik. Ulu öndərimizin qurduğu və xalqımızın canı bahasına qoruduğu bu dövlətin möhkəm təməllərində sizin kimi vətənsevər, işıqlı və ilhamverici insanların olması qürurvericidir.

İşıqlı yolunuz daim açıq olsun, Kəmalə xanım!

Hörmətlə,
Arif Süleymanlı
"Qanunyolutv.az" saytının təsisçi və baş redaktoru
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter