Boris Consonun işə qayıdacağı tarix açıqlandı
- 27.04.2020, 00:17,
- Dünya
Baxılıb: 20
Facebook
Вконтакте
Одноклассники
Google+
Böyük Britaniyanın koronavirusdan müalicə olunan Baş Naziri Boris Conson sabahdan etibarən vəzifəsinin icrasına davam edəcək.
"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə İngiltərənin hökumət sözçüsü məlumat yayıb.
Qeyd edək ki, martın 27-də koronavirus testi pozitiv çıxan Conson karantinə götürülmüş, simptomları ağırlaşdığından isə aprelin 5-dən reanimasiyaya yerləşdirilmişdi. Aprelin 9-da reanimasiyadan çıxan Baş Nazir ayın 12-də xəstəxanadan buraxılıb və müalicəsini ev şəraitində davam etdirir.